9 C
Baku
Thursday, December 12, 2024

Azər Türk Bank müştərilərinə ödənişsiz hüquqi xidmətlər göstərir®

Dövlət bankı Azər Türk Bank sahibkar müştərilərinə uğurlu başlanğıc, şəffaf və qanuna uyğun fəaliyyət üçün 24 saat və distant rejimdə ödənişsiz olaraq  hüquqi xidmətlər təklif edir.

Belə ki, Bankın müştərisi olan kiçik və orta sahibkarlıq subyektləri öz bizneslərinin müdafiəsi, onun effektiv inkişafı, təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosesində yaranan hüquqi məsələlərlə bağlı peşəkar hüquqşünasların məsləhətlərindən faydalanmaq imkanına malikdirlər. Bank, həmçinin şirkət üçün nümunəvi sənədlərin hazırlanması üzrə təlimatlar verir, danışıq və sövdələşmələrdə, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində hüquqşünasın təmənnasız iştirakını təmin edir.

Sözugedən xidməti əldə etmək üçün müvafiq qoşulma ərizəsinin doldurularaq “ATB Business” internet-bankçılıq vasitəsilə Banka göndərilməsi yetərlidir. Xidmət paketindən müştərinin təyin etdiyi üç nəfər istifadəçi yararlana bilər.

Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət   edən şəxslərə İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də  təmənnasız olaraq təklif edir.

Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar onlayn müraciət əsasında hesab açaraq, bankın, digərlərindən fərqli olaraq  bir çox üstünlüklərə malik “ATB Business” korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, dərhal 100 manat məbləğində bonus qazanmaq, 7 gün ərzində bank əməliyyatlarını heç bir komissiya ödəmədən həyata keçirmək və daha sonra xüsusi, güzəştli tariflərdən yararlanmaq imkanı əldə etmiş olurlar. Qeyd edək ki, ölkədə ilk dəfə Bank bu internet-bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını tətbiq etməklə, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsini müştəriyə bonus ballar şəklində geri qaytarır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.

Qeyd edək ki, Azər Türk Bankın müştərisi olmaq istəyən hüquqi şəxslər, fərdi sahibkarların Banka gəlmədən, hesab açmaq üçün onlayn müraciət göndərmələri kifayətdir. Müraciət Bank tərəfindən qəbul edilir, müştəri ilə telefon əlaqəsi yaradılır və lazım olduğu təqdirdə Bankın əməkdaşı ünvana gəlir, əlaqədar işlər yerinə yetirilir. 

Azər Türk Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər