“Azər-Türk Bank” nizamnamə kapitalını 50 milyon manata çatdırdı

Bakı Fond Birjasında “Azər-Türk Bank” ASC-nin adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb.

Hər birinin nominal dəyəri 1 manat olan 5.776.341 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

Emissiyanın anderrayteri qismində “İnvest-Az” MMC çıxış edib.

Sonuncu emissiyaya qədər Azər-Türk Bank-ın nizamnamə kapitalı 44.223.659 manat idi. Bankın səhmdarları qismində Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi (85%), Türkiyənin Zıraat Bankı (14%) və Zıraat Bank Almaniya (1%) çıxış edir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 nömrəli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Azərbaycan Maliyyə Nazirliyi iştirak edir.

Trend.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər