13 C
Baku
Tuesday, May 7, 2024

Azər Türk Bank ötən ili uğurla başa vurub

®Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2024-cü il tarixinə aktivləri 995.5 milyon manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 447.4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.

Hesabat dövründə Bankın gəlirləri 92.5 milyon manat, xərcləri 78.5 milyon manat olmuşdur.

2023-cü ildə Azər Türk Bank 14 milyon manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən 28% çoxdur. 

Bankın məcmu kapitalının həcmi 25% artaraq, 78.5 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 911 milyon manat səviyyəsindədir.

Əhali tərəfindən Banka 214.5  milyon manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 483 milyon manat həcmində depozit cəlb etmişdir.

S&P Global Ratings beynəlxalq reytinq agentliyi Azər-Türk Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqlərini B+/B səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz “sabit”dir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. 

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər