9 C
Baku
Friday, December 13, 2024

Azər Türk Bank öz biznesinə başlamaq üçün aztəminatlı şəxslərə təmənnasız dəstək verəcək ®

Azərbaycan Respublikası Prezidenti həssas əhali qruplarının özünüməşğulluq proqramına ölkədə fəaliyyət göstərən bankların da qoşulması üçün çağırış etmişdir. Dövlət bankı Azər Türk Bank bu şağırışla əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma  qoşulmuşdur.  Bununla da Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilmişdir. Aktivlərin aidiyyəti üzrə təqdimatı əvəzsiz olaraq həyata keçiriləcəkdir.

Azər Türk Bank  sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər