7 noyabr 2025-ci il tarixində saat 12:00-da Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasında (ünvan: Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6) “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.
“Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.