11 C
Baku
Monday, November 25, 2024

Azər Türk Bank Visa CyberSource platformasının ölkədə ilk partnyor Bankı oldu

®CyberSource sadə inteqrasiya yolu ilə müəssisələrin ödənişlərinin təhlükəsiz, sürətli və rahat qaydada qəbulu və emalını həyata keçirmək imkanına malik beynəlxalq aparıcı texnologiyadır.

CyberSource imkanlarından kiçik və iri biznes subyektləri yararlana bilərlər. Bu texnologiya elektron ticarət platformalarında Apple Pay, Google Pay və digər token ödənişlərini dəstəkləyən ödəniş imkanları yaradır.

Bu ödəniş platformasının dünya üzrə 450.000 biznes tərəfdaşı var. Azər Türk Bank Azərbaycanda CyberSource partnyoru olan ilk bankdır və yalnız Azər Türk Bank Ceybersource platformasında xidmət alan iri və kiçik korporasiyalara bu bazarda xidmət göstərmək imkanı yaradır. 

Qeyd edək ki, CyberSource bizneslərə qlobal miqyasda ödənişlər etməyə, token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksit ödənişləri icra etməyə imkan verən hazır e-ticarət platformasıdır.  

Müəssisələr birbaşa inteqrasiya yolu ilə Visa beynəlxalq ödəniş şirkətindən onlayn ödənişləri qəbul edə və müxtəlif istifadəyə hazır kommersiya platformalarından yararlana bilərlər. 

CyberSource üstünlükləri:

  • Bizneslərə ödənişləri təhlükəsiz və səmərəli şəkildə emal etməyə kömək edir
  • 160 ölkədə fəaliyyət göstərir, ölkələrin 97%-ni əhatə edir
  • Hazır e-ticarət platformalarından istifadə imkanı yaradır
  • Token (Apple Pay, Google Pay) ödənişlərinin qəbuluna imkan yaradır

Bundan əlavə, CyberSource ödənişləri sadə inteqrasiyanı və fırıldaqçılıq hallarından tam qorunmanı təmin etməklə fərqlənir. CyberSource istifadə edən müəssisələr fırıldaqçılıq risklərini 20% azalda və satışları 15% artıra biliblər.

CyberSource paltformasında xidmət alan merchant-lər bütün beynəlxalq ödəniş sistemlərinin kartlarını qəbul etmək, həmçinin Apple Pay və ya Google Pay rəqəmsal pul kisəsindən istifadə etmək imkanlarına malikdirlər.

Bu xidmətdən istifadə etmək istəyən hüquqi şəxslər Azər Türk Bankın saytı vasitəsilə onlayn müraciət göndərərək, tamamilə ödənişsiz hesab açmaqla Bankın müştəriləri sırasına qatıla bilərlər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər