®Dövlət bankı Azər Türk Bank istifadəyə yararsız xarici valyuta əsginaslarının müştərilərdən qəbulu, ekspertizası, dəyişdirilməsi yaxud əvəzinin ödənilməsi üzrə xidmət göstərir.
Belə ki, müştəri özünə məxsus tədavülə yararsız xarici pul nişanlarını (USD, EUR, GBP) müvafiq sənədləşdirmə işləri həyata keçirilməklə Azər Türk Banka təhvil verir və Bank qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş tariflərə əsasən təqdim olunan nominalların yoxlanılması və dəyişdirilməsini gerçəkləşdirir.
Müştərilər Bankın Baş ofisinə – Müştəri Xidmətləri Mərkəzinə müraciət etməklə bu xidmətdən yararlana bilərlər.
Daha ətraflı məlumatı https://atb.az saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə etmək olar.