1 C
Baku
Saturday, December 14, 2024

“Azər-Türk Bank yaxın 3-4 ildə koorporativ müştərilərlə əməkdaşlığı hədəfləyib”

Azər-Türk Bankın Biznesin İnkişafı departamentinin direktor əvəz edicisi xanım Leyla Məmmədova ilə müsahibə sualları

Leyla xanım, Banker.az araşdırmalarına əsasən Azər-Türk Bank kredit bazarında müxtəlif məhsullar üzrə ən aşağı faiz təklif edən banklardan biridir. Lakin paradoksal olsada sizin bankdan kredit götürən çox az adam tanıyırıq. Bu nə ilə əlaqədardır? Şərtlərin ağır olmağından yoxsa ancaq xüsusi kontinqent müştərilərə kreditlər verilir?

Düzgün qeyd edirsiz ki, bankımızın  digər banklarla müqayisədə  faiz dərəcələri, komissiyaları aşağıdır. Bunun ilk səbəbi odur ki, bankımız biznes, gəlir gətirmək məqsədindən başqa fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaq məqsədilə yaradılmışdır. Bizim hədəfimiz bütün Azərbaycana kredit vermək deyil. Hər bir bakın özünə məxsus hədəfi və siyasəti mövcuddur. Belə ki, Azər-Türk Bank iki ölkə arasında (Türkiyə və Azərbaycan)  xüsusi rol daşıyan bir bankdır. Bankın 46% hissədarı Türkiyənin Ziraat Bankası, 4% isə Ziraat İnternational Almaniyadır. Ziraat Bankı Türkiyə Respublikasının 3 dövlət banklarından biridir. Əlavə olaraq qeyd edim ki, Ziraat bank 1863-cü ildə Osmanlı dövründə yaradılmış ilk bankdır. Ziraat Bankası  bir çox ölkələrdə (Qazaxıstan, Özbəkistan, Almaniya, Rusiya, İngiltərə, Bosniya və Herzogovina və s.) filial və şəriklik sayını artırmaqdadır.  Bankın bu sahədə əsas məqsədi isə bu ölkələrlə iqtisadi münasibətləri qurmaq olub.

Son illərdə vəziyyət göstərir ki, kredit portfelində fiziki müştərilərin sayı ticarilərə nisbətən artmaqdadır. Halbuki, 19 ildir fəaliyyətdə olan bankın portfelində ticari müştərilər, fərdi sahibkarlar, hüquqi şəxslər daima daha geniş yer alırdı. Fiziki müştərilərin sayında artım isə Azər-Türk bankın yeni marketin siyasəti sayəsində olmuşdur. Belə ki, əvvəllər bankımızın marketinq və satış, PR və s. kimi vacib şöbələri yox səviyyəsində idi. Son 1 ildə isə bu kateqoriyaya aid müştərilərimiz sayı uğurlu marketinq siyasəti vasitəsilə artıb.

Əvvəllər bu istiqamətdə fəaliyyət göstərməyən bankın siyasətinə aydınlıq gətirən Xanım Leyla Məmmədova qeyd edki ki, “Bankın siyasəti hansı istiqamətdədirsə, əməkdaşlarımız da o istiqamətdə fəaliyyət göstərməlidirlər, çünki Azər-Türk Bank kollektivi vahid məqsəd üçün çalışan bir ailədir. Ümumi qəbul olunmuş qərarlar əsasında idarə olunur”.

Azər -Türk Bank riteyl bank olacaq?

Azər-Türk Bank baxmayaraq ki, universal bankdır, lakin hələ də portfelimizdəki hüquqi şəxs və fərdi sahibkar müştərilərinin saylarının artırılmasına əsas üstünlük vürilməkdədir. Bankımız orta və üst gəlir sahibi olan seqmantasiyanın tələblərini  qarşilayacaq kreditlər ayırmağı hədəfləmişdir. Biz heç vaxt sələmçi bank olmamışıq , bu istiqamətdə fəaliyyət göstərmək bankın məqsədlərindən biri deyil.

Bankın yaxın dövrlərdə regionlarda genişlənməsi gözlənilirmi?

Filiallarımızın sayı çox deyil. Hədəf müştərilərimizin çoxu hüquqi şəxslər və fərdi sahibkarlardır . Bu da banka 4-5 filial ilə fəaliyyət göstərməyə kifayət edir, amma gələcəkdə filiallarımızın sayını genişləndirilməsi nəzərdən planlaşdırılır.

Qeyd edək ki, bankın 4 filialı və bir müştəri xidmətləri departamenti var.

Bir müddət öncə Azərbaycan kredit bazarında taksit və digər bonus sistemlərinin inkişafı başladı. Azər-Türk Bank bu istiqamətdə getmək niyyətindədirmi?

Düzdür, bonus, taksit sistemimiz yoxdur, amma bizim əməkdaşlıq etdiyimiz mağazalar şəbəkəsi var. Yəni müştərilərimiz Azər -Türk Bankın kartları vasitəsilə endirimlər əldə edə bilirlər.

Qeyd etdiyiniz kimi, Azər -Türk Bankın səhmdarlarının 46% türklərdir. Belə olan halda, türk taksit və digər bonus sistemini bazara təqdim etməkdə banka nə mane olur?

Takstli kart sisteminin yaradılmamasının əsas səbəbi mövcud sistemimizdir, lakin bu sahə üzərində işlər gedir. Yeni bank sistem və proqramlarına kifayyət qədər böyük məbləğ investisiya edilmişdir.Yeni sistem sayəsində 2015-ci ilin əvvəlindən etibarən xidmət və keyfiyyətimizi daha da artıracağıq.

Əgər biz istəsək, bu gün zamini ləğv edərik, kart və fiziki şəxslər üçün nəzərdə tutulmuş istehlak kredit portfelimizin sayını da artıra bilərik. Qeyd edim ki, kartın satışını artırmaq çox asandır. Əgər bəzi banklar 28-29% -lə satışı artıra bilirlərsə, bizim üçün  22% -lik kartı satmaq heç nədir. Bütün bunlara edə bilmirik, çünki bizim strategiyamız başqadır. Bank bunları hədəfləməyib.

Bankın təcrübəsində olubmu , müştəri kredi götürsün sonda onu ödəyə bilməsin?

Bizim də problemli müştərilərimiz var. Müştəri 3 gün ərzində krediti ödəyə bilməyəndə ona xəbərdarlıq sms-i gəlir. Əgər 3 ayda krediti ödəyə bilmirsə bu halda, müştərinin özü ilə əlaqə saxlanılır. Biz də insanıq müştərilərimizə yardım  etməyə çalışırıq. Ümidsiz müştərilərimiz olanda isə zamin tələb edirik. Bir çox banklarda olduğu kimi bizdə də məhkəməyə qədər gedib çıxan müştərilərimiz olub.  Ona görə maaş önəmlidir. Bəzi müştərilərimiz deyir ki, “Bizim aylıq gəlirlərimiz var onu göstərə bilmirik, amma sabah məhkəmə işinə çatanda məhkəmə baxacaq ki, şəxsin maaşi 120 manat, kredit ödenişi isə 200 manatdır. 120 manatdan 200 manati necə kəsəcək. Məhkəmə də qeyri-rəsmi gəliri görmür. Azər-Türk Bank fiziki müştərinin digər banklardakı kredit öhdəliklərini nəzərə almaqla rəsmi aylıq gəlirlərin 50%-i  qədər kredit veririr.

Azər-Türk Bankın sahibkarlara dəstəyi nə səviyyədədir?

Xatırladım ki, bizim faiz dərəcəmiz Sahibkarlığa Kömək Milli Fondunun verdiyi faiz dərəcəsi ilə üst-üstə düşür. (6%). Bankımızdan kredit götürməyi hədəfləyən sahibkar əlavə olaraq sadəcə bank komossiyalarını ödəməlidir.

Bank hansı sahədə çalışan müştərilərinə ipoteka krediti verir?

Azər -Türk Bankda daxili ipoteka kreditlərinin faiz dərəcəsi 9-12% arasında dəyişir. Müştərilərimizə daha çox 10-11% lə veririk, çünki 9% lə ipoteka krediti götürmək istəyənlər gərək ilkin ödənişin çox hissəsini etsin. Telekommunikasiya, bank və digər nüfuzlu şirkətlərin əməkdaşlarına daxili ipoteka kreditləri ayırırıq. Bu kateqoriyaya aid olan müştərilərimiz  iş yerlərini itirdikləri halda, uzun müddət işsiz qalma ehtimalı azdır. Bilirsiniz ki, ipoteka krediti 1 ilə verilən kredit növü deyil, ən azı 10 ilə verilən kreditdir. Buna görə də, əmək haqqı 500 manatdan çox olan müştərilərimizə bu krediti rahatlıqla verə bilirik. Düzgün olmayan strategiya gələcəkdə balansımıza təsir edə bilər. Yəni, yaxşı gəlirli müştərilərə aşağı faizlə kredit veririk.

Bank hansı məhsulu ilə bazarda rəqabət yarada bilib?

Biz artıq rəqabət yaratmışıq. İlk dəfə olaraq  yenidən maliyyələşdirmə (Refinans) kreditini bizim bank təşkil edib. Qeyd edim ki, bu kredit növü başqa banklara borcu olan müştərilər üçün hesablanmışdı.

Yaxın illər üçün Azər -Türk Bank  nələri hədəfləyib?

Fikrimcə, Azər-Türk Bank yaxın 3-4 ildə koorporativ müştərilərlə əməkdaşlığı hədəfləyib. Bu yöndə işlərimizi böyüdəcəyik, amma bu o demək deyil ki, biz koorporativ müştərilərlə işləyəcəyik, riteyl müştərilərimiz ilə əlaqələri kəsəcəyik. Bankın faizləri daim müştərilərimiz üçün  aşağı olaraq qalacaq.

Müştəri nə üçün sizin bankı seçməlidir?

Mən özüm Azər-Türk Bankda işləməmişdən qabaq bankın müştərisi olmuşam. Müştərilərimizə xoş, isti münasibət var.  Operativik, əməliyyatları vaxtında yerinə yetiririk. Effektiv reklamlarla müştəriləri cəlb edib(0%-lə kredit veririk kimi) sonda 10-15%-lə komission haqqı çıxartmırıq. Bankın problemli nöqtələrindən biri də onlayn ödəmə ilə bağlıdır. Bu istiqamətdə işlər gedir mьєtərilərimiz bu xidmətdən də faydalana biləcəklər. Müştəri müştərini gətirir bizim konsepsiyamız bunun üstündə qurulub. Əgər Azər-Türk Bank müştərilərinə yüksək xidmət göstərirsə bu belə də olmalıdır.

Müştərilərə tövsiyəniz?

Müştəri bankların təqdim etdiyi effektiv reklamlara aldanmamlıdır, çünki bu onların ailə büdcələrinə ciddi şəkildə təsir edə bilər.

Səmimi söhbət üçün Azər-Türk Bankın Biznesin İnkişafı departamentinin direktor əvəz edicisi xanım Leyla Məmmədovaya öz təşəkkürümüzü bildiririk.

Son xəbərlər
Digər xəbərlər