-1 C
Baku
Sunday, December 15, 2024

Azər-Türk Bank yeni kampaniyaya start verdi

Azər-Türk Bank 30.07.2014-cü il tarixindən etibarən yeni “Neftçi” Kampaniyasına start verdi. Bu kampaniya Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin əməkdaşlarına şamil edilir.

Kampaniya çərçivəsində aylıq əmək haqqısı 450 AZN-dən yuxarı olan şəxslər illik 15%-dən başlayaraq istehlak kreditləri əldə edə biləcəklər. Qeyd edək ki, kreditin rəsmilşdiriliməsi iş yerindən arayış və ya əmək haqqı kartı hesabından son 6 ayın çıxarışını təqdim etməklə mümkün olacaqdır. Kampaniya zamanı ayrılacaq maksimal məbləğ 50.000 AZN-dir (Müştərinin digər banklarda olan kredit öhdəlikləri ayrıla biləcək maksimal kredit məbləğinə təsir edir.)

“Neftçi” kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz (www.azerturkbank.biz).

Son xəbərlər
Digər xəbərlər