12 C
Baku
Saturday, November 23, 2024

Azər Türk Bank yeni nəsil bankomatları istifadəyə verdi

®Dövlət bankı Azər Türk Bank təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-ləri müştərilərin ixtiyarına vermişdir. ATM-lərdə bütün növ kartlar üçün təmassız funksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlarda smartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür. 

Bankın xidmət şəbəkəsində quraşdırılmış bu ATM-lər 24/7 rejimində işləyir. Müştərilərin rahatlığı nəzərə alınmaqla yeni bankomatlar metronun “Əhmədli”, “Nəriman Nərimanov”, “28 may”, “İnşaatçılar” stansiyalarında da Bank tərəfindən yerləşdirilmişdir.

Qeyd edək ki, bu ATM-lərdə təmassız şəkildə atb karta vəsait yükləmək olur. Bu yeni cihazlar vasitəsilə eyni anda 300-dək əsginası mədaxil, yaxud məxaric etmək mümkündür. Atb kart atb360 mobil əlavədə sifariş verilir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər