Bəxtiyar Firdovsi oğlu Zeynalzadə Azər Türk Bank’da Aktivlərin Qiymətləndirilməsi və İdarə Olunması Departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.
Bankdan Banker.az-a verilən xəbərə görə, İlqar Fayuz oğlu Yusubov isə Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini icra edir. Hər ikisi bundan əvvəl ölkənin tanınmış banklarında çalışmışlar.