“Azər Türk Bank” ASC-yə yeni mətbuat katibi təyin olunub. “APA-Economics” xəbər verir ki, bu vəzifəyə Rauf Ağayev təyinat alıb.
R. Ağayev bildirib ki, artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, jurnalist, maliyyəçi R. Ağayev 14 ildir bank sektorunda mətbuat katibi kimi çalışıb.
!["Azər Türk Bank"a yeni təyinat [foto] 1 12196150 10153655959726718 1998851792737181726 n e1484037684894](https://banker.az/wp-content/uploads/2017/01/12196150-10153655959726718-1998851792737181726-n-e1484037684894.jpg)
Əlavə edək ki, “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur.







