“Azər-Türk Bank”da kadr və struktur dəyişikliyi baş verib. Bankın Nağd vəsaitlərlə iş departamentinin direktoru Elçin Şərifov işdən çıxıb.
Onun yerinə Elnur Ələkbərli bu vəzifəyə təyin olunub.
Bundan başqa, Maliyyə monitorinqi nəzarət departamentinin müdiri Kamran Axundov yeni yaradılan Biznesin inkişafı departamentinə müdiri təyin olunub. Taleh Nəhmədov isə Maliyyə monitorinqi nəzarət departamentində K. Axundovu əvəzləyib.