9 C
Baku
Wednesday, November 6, 2024

“Azər-Türk Bank”da struktur dəyişikliyi olub

“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minib.

Bankdan verilən xəbərə görə, Kredit və Biznesin inkişafı departamentlərinin bazasında Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılıb.

Əvvəllər şöbə kimi fəaliyyət göstərən, Biznes proseslərin idarə edilməsi departamenti yaradılıb. Həmin şöbənin müdiri olmuş Araz Gəncəli yeni departamentin direktoru vəzifəsinə təyin edilib.

Yeni strukturda İdarə Heyəti sədrinin Aparatı, həmçinin bankdaxili protokollaşma və karküzarlıq funksiyalarını yerinə yetirən qurum olaraq nəzərdə tutulub.

Bir sıra şöbə və departamentlərin adlarında dəyişikliklər edilib. O cümlədən, Strateji planlaşdırma və marketinq və Maliyyə institutları və hesablaşmalar departamentləri müvafiq olaraq Marketinq departamenti və Hesablaşmalar departamenti adlandırılıb.

Bu dəyişikliklər ilk növbədə fiziki və hüquqi şəxs olan müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması, sabit inkişafın təmin edilməsinə yönəldilib.

Son xəbərlər
Digər xəbərlər