8 C
Baku
Sunday, November 17, 2024

Azər Türk Bankdan 10% cashback kampaniyası

®Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır. 

Belə ki, 1 iyun 2024-cü il tarixindən etibarən ölkə daxilindəki:

  • əyləncə mərkəzlərində;
  • oyuncaq mağazalarında; 
  • kitab mağazalarında; 
  • kinoteatrlarda; 
  • teatrlarda; 

atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 10% həcmində cashback hesablanacaqdır. 

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

Hesablanacaq maksimum cashback limiti 200 manat həcmindədir.

Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. 

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

Bu kart vasitəsilə bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.

atb Junior kartının sahibi atb360 tətbiqini smartfonuna yükləyə və Google PayApple Pay təmassız ödəniş sistemlərinə qoşula bilirlər.

Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər