®Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.
Cari ilin 01 mart tarixindən start götürən kampaniya müddətində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.
Həmçinin müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər.
36, 48 ayadək olan kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsindədir
Qeyd edək ki, 24 ayadək götürülən kreditlər üzrə heç bir komissiya nəzərdə tutulmamışdır.
Hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.
Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək olar.
Kampaniya 30 mart daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.