7 C
Baku
Thursday, December 12, 2024

Azər Türk Bankdan sahibkarlara yeni güzəşt®

Dövlət bankı Azər Türk Bankdan verilən məlumata  görə,  Bankın hüquqi şəxs, fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

“ATB Business” xidməti  bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və  ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.

“ATB Business” internet-bankçılıq xidməti bir sıra üstünlüklərə malikdir. Belə ki, ənənəvi olaraq filial və şöbələrdə icra edilən əməliyyatlardan fərqli olaraq, bu platforma üzərindən:

  • verilən müştəri tapşırıqları bank əməkdaşlarının təsdiqi olmadan sürətli rejimdə avtomatik icra edilir;
  • əməliyyatlara endirimli komisyon haqqı tətbiq olunur və bunun müqabilində müştərilər “cash-back” qazanır;
  • daxil edilmiş köçürmə əməliyyatlarının cəm şəklində elektron imza ilə təsdiqlənməsi imkanı verilir;
  • əmək haqqı ödənişlərinin günün istənilən vaxtı, 24/7 rejimində asan şəkildə yerinə yetirilir.

Azər Türk Bankda hesab açmaq və  “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər