Azər-Türk Bank Loyallıq Proqramını təqdim edir. “Platinum Klub” adlı bu proqrama əsasən 2-ci dəfə kredit götürən müştərilər istehlak kreditlərində 1% endirim qazanacaqlar. Əgər müştəri banka 3-cü dəfə müraciət edirsə, o zaman istehlak kreditlərində 1% endirim qazanmaqla yanaşı Bank komissiya ödənişlərində də endirim əldə edəcəklər.
Belə ki, 2500 AZN qədər müraciət edənlər komissiya ödənişindən azad olunur. Bundan başqa 10000 AZN müraciət edən müştərilər komissiya ödənişində 20% endirim, 15000 qədər müraciətlərdə 30% endirim və 50000 AZN qədər müraciətlərdə isə 40% endirim qazanmış olur.
Əgər “Azər-Türk Bank”-dan nə vaxtsa kredit götürmüsünüzsə bu proqram məhz sizin üçün nəzərdə tutulub, lazımi sənədlərlə Bankın istənilən filiallarından birinə yaxınlaşıb bu ikmandan istifadə edə bilərsiniz.
“Platinum klub” sadiqlik proqramı barəsində daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.