®Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2022-ci il tarixinə aktivləri 844.2 milyon manat səviyyəsində olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 130% çoxdur.
Bankın kredit portfelinin həcmi 297.6 milyon manat təşkil etmişdir. Depozit portfeli 266 milyon manat olmuşdur.
Azər Türk Bank ilin doqquz ayını 3 milyon manatdan artıq xalis mənfəətlə başa vurmuşdur.
Məcmu kapital 55.8 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Banka aid aktiv ödəniş kartlarının sayı 88% artmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.