Dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-nin 2021-ci il üzrə audit olunmuş maliyyə hesabatı açıqlandı.
Banker.az-a daxil olan məlumata görə, hesabatı “Baker Tilly” audit şirkəti tərəfindən aparılıb.
Hesbatda qeyd edilir ki, ATB-nin faiz gəlirləri 22.03 mln. manat, faiz xərcləri 6.78 mln. milyon, qeyri-faiz gəlirləri 4.69 mln. manat və qeyri-faiz xərcləri isə 21.15 mln. manat olub. Beləliklə, 2021-ci ildə 554 min manatlıq xalis mənfəət əldə edib.
Bu xalis mənfəətdən sonra ATB-nin bölüşdürülməmiş mənfəəti 2.05 mln. manatdan 2.6 mln. manata qədər yüksəlib.
Bankın aktivlərinin həcmi 2021-ci ilin əvvəlində 350 mln. manat olduğu halda, ilin sonuna 410 mln. manata yüksəlib. Burada, 228 mln. manat kredit, 98 mln. manatı pul vəsaitləri, 49 mln. manatı qiymətli kağızlar üzrə olub.