“Azər Türk Bank”ın depozit portfeli 30% böyüyüb

“Azər Türk Bank” ASC-nin (ATB) depozit portfeli 2026-cı il iyulun 1-nə ötən ilin eyni dövrü ilə müqayisədə 30,1% və ya 344,9 milyon manat artaraq 1 milyard 489,6 milyon manata çatıb.

Banker.az bunu bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Artım əsasən şirkət və təşkilatların depozitləri hesabına baş verib. Belə ki, korporativ müştərilərin depozitləri illik müqayisədə 35,9% artaraq 1 milyard 269,1 milyon manat olub. Fiziki şəxslərin depozitləri isə 4,6% artaraq 220,5 milyon manata yüksəlib.

Nəticədə, hesabat dövrünün sonuna hüquqi şəxslərin depozitləri bankın ümumi depozit portfelinin 85,2%-ni, fiziki şəxslərin depozitləri isə 14,8%-ni təşkil edib.

Depozitlər üzrə faiz xərcləri 2026-cı ilin ilk yarısında illik müqayisədə 7,6% və ya 2,4 milyon manat artaraq 34,1 milyon manata çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər