10 C
Baku
Sunday, December 22, 2024

“Azər Türk Bank”ın gəlirləri və mənfəəti 2 dəfəyə yaxın artıb

“Azər Türk Bank” 2024-cü ilin 3-cü rübünü 18 milyon 371 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 10 milyon 499 min manat olub ki, bu da illik müqayisədə 75% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr ayında “Azər Türk Bank”ın cəmi gəlirləri 106 milyon 467 min manat (əvvəlki ilə nisbətən 57.4% çox), cəmi xərcləri isə 79 milyon 543 min manat təşkil edib. 67 661

Hesabat dövründə bankın cəmi aktivləri 79.4% artaraq 1 milyard 548 milyon manat, o cümlədən kredit portfeli 79.2% artaraq 779 milyon 326 min manat olub.

“Azər Türk Bank”ın depozit portfeli 928 milyon 393 min manat olub ki, bu da illik müqayisədə 2.2 dəfə artımdır. Fiziki şəxslərin depozitləri 201 milyon 838 min manatdan  207 milyon 208 min manata, hüquqi şəxslərin depozitləri 220 milyon 133 min manatdan 721 milyon 186 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər