12 C
Baku
Saturday, November 23, 2024

“Azər Türk Bank”ın mənfəəti 14 dəfə artıb

“Azər Türk Bank” 2023-cü ilin 1-ci rübünü 3 milyon 79 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 226 min manat təşkil edib ki, bu da illik müqayisədə 14 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Bu ilin yanvar-mart aylarında “Azər Türk Bank”ın gəlirləri 20 milyon 863 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə çox), xərcləri isə 16 milyon 17 min manat təşkil edib.

BANK 2 DƏFƏ BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin aprelin 1-nə bankın aktivləri 913 milyon 299 min manat olub ki, bu da ötən ilə nisbətən 2 dəfə artım deməkdir. Bunun 367 milyon 496 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 50% böyüyüb.

DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB

Hesabat dövründə bankın cəmi öhdəlikləri 2.2 dəfə artaraq 840 milyon 505 min manat, cəmi kapitalı isə 26.5% artaraq 72 milyon 794 min manat, o cümlədən depozit portfeli 2 dəfə artaraq 396 milyon 145 min manat olub.

f1 f2f3 f4

Son xəbərlər
Digər xəbərlər