“Azər Türk Bank” 2019-cu ilin 9 ayını 672 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 120 min manat olub. Belə ki, “Azər Türk Bank”ın xalis mənfəəti illik müqayisədə 5,6 dəfə artıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ilin ilk 9 ayında bankın faiz gəlirləri 16,173 mln manat, qeyri-faiz gəlirləri 7,540 mln manat, faiz xərcləri 5,193 mln manat, qeyri-faiz xərcləri isə 17,519 mln manat təşkil edib.
“Azər Türk Bank”ın cəmi aktivləri cari ilin oktyabr ayının 1-nə 351,879 milyon manat olub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 12% artım deməkdir. Bunun 165,452 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edir. Belə ki, illik müqayisədə “Azər Türk Bank”ın kredit portfeli 8% artıb.
2019-cu ilin oktyabr ayının 1-nə bankın cəmi öhdəlikləri 13% artaraq 296,163 mln manat, cəmi kapitalı isə 4% artaraq 55,717 mln manat təşkil edib. Bu il “Azər Türk Bank”ın depozit portfeli 2018-ci ilin eyni dövrüylə müqayisədə 5% artaraaq 184,681 mln manat təşkil edib.