“Azər-Türk Bank” ASC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, bankın nizamnamə kapitalı 79 milyon manatdan 10.,5 milyon manata çatdırılıb.
Belə ki, bankın nizamnamə kapitalı 21.5 milyon manat artırılıb.
“Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12.4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1.1 %-i “Zıraat Bank İnternational”a, 6.5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.








