9 C
Baku
Thursday, December 12, 2024

Azər Türk Bankın prosessinq mərkəzi beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir

®Dövlət bankı Azər Türk Bankın prosessinq mərkəzində ödəniş kartları sahəsində tətbiq olunan “Payment Card Industry Data Security Standards” (PCI DSS) təhlükəsizlik standartlarının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar beynəlxalq şirkət tərəfindən aparılan audit başa çatmışdır.

Yoxlamaların nəticəsinə görə Azər Türk Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi PCI DSS 3.2.1 standartına tam uyğunluq sertifikatını əldə etmişdir

Bankın informasiya sistemində kartlarla ödənişlərin həyata keçirilməsində təhlükəsizliyin tam təmin olunduğu və sistemin beynəlxalq tələblərə cavab verdiyi təsdiq edilib.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər