17 C
Baku
Friday, October 18, 2024

“Azər-Türk Bank”ın rəhbərliyində dəyişiklik olub

Fərhad Adıgözəlov “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib. Bankdan  verilən məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bankdan bildiriblər ki, yeni rəhbər seçilənədək F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.

Qeyd eədk ki, Elmar Məmmədov “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalmışdı. E.Məmmədov ötən gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.

Trend

Son xəbərlər
Digər xəbərlər