25 C
Baku
Tuesday, July 22, 2025

“Azər Türk Bank”ın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 dəfə artıb

“Azər Türk Bank”ın 2025-ci ilin yanvar-iyun aylarında ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin həcmi 6 milyon 481 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ilin eyni aylarında “Azər Türk Bank” 3 milyon 549 min manat ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəliri əldə edib. Belə ki, illik müqayisədə 2 dəfəyə yaxın artımdır.

Qeyd edək ki, “Azər-Türk Bank”ın 6 ayda faiz gəlirləri 66 milyon 164 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 35% çox deməkdir.

Son xəbərlər
Digər xəbərlər