2 C
Baku
Saturday, December 14, 2024

“Azəralüminium”un gəlirləri və xalis mənfəəti kəskin yüksəlir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC 2021-ci ildə 30 milyon üzərində xalis mənfəət əldə edib.

Bu barədə Banker.az “Azəralüminium” MMC-nin audit hesabatına istinadla xəbər verir.

Dövlət müəssisəsi 2021-ci ildə satışdan gəlirləri illik müqayisədə 36 faiz artaraq 234.39 milyon manata çatıb. Satışın maya dəyəri isə illik müqayisədə 8 faiz artımla 172.66 mln. manat olub.

Bununla da əlvan metal istehsalçısının ümumi mənfəəti 63.73 milyon manat olub. Şirkətin 5.21 mln. manat ümumi və inzibati xərcləri, 15.54 mln. manat satış və paylama xərcləri və 0.91 mln. manat maliyyə xərcləri olub. Bu da 42.07 mln. manatlıq əməliyyat mənfəətidir. Əməliyyat mənfəəti 2020-ci il üzrə 0.9 mln. manat idi.

7.52 mln. manatlıq mənfəət vergisi xərcindən sonra onun xalis mənfəəti 30.08 milyon manat olub. Öncəki ildə cəmi 0.74 mln. manat xalis mənfəəti vardı.

Bu xalis mənfəətdən sonra “Azəralüminium”un balansında 1 yanvar 2022-ci il tarixinə 32.81 mln. manatlıq bölüşdürülməmiş mənfəət yaranıb.

“Azəralüminium” MMC Azərbaycanın əlvan metallurgiya sənayesinin şirkəti olaraq, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. “Azəralüminium” MMC-nin əsas istehsalan sahəsi – “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və ictimai obyektlər daxildir. Alüminium Kompleksi müasir, avtomatlaşdırılmış, texnologiyalar istifadə etməklə ildə 54 000 ton ilkin alüminium istehsal edir.

6589y97658567956

Son xəbərlər
Digər xəbərlər