13 C
Baku
Sunday, September 29, 2024

“Azəralüminium”un ixrac gəlirləri yanvarda 4 mln. dollar artıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC bu ilin fevral ayında 12.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.4 milyon ABŞ dolları və yaxud 56.4 % çoxdur.

2020-ci ilin fevral ayında  “Azəralüminium” MMC-nin xarici ölkələrə 7.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Azəralüminium” əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir.

Son xəbərlər
Digər xəbərlər