“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC 2021-ci ilin yanvar-aprel aylarında 45.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ndan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24.7 milyon ABŞ dolları və yaxud 2 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə “Azəralüminium” MMC-nin xarici ölkələrə 20.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.