Dövlət mülkiyyətlərinin idarə edicisi Azərbaycan Sənaye Korporasiyasının tərkibdə olan “Azəralüminium” MMC 2020-ci ildə xalis mənfəət əldə etsə də, bu milyon manata çatmayıb.
2020-ci ildə 172.85 mln manat (2019: 203.2 mln. manat) gəlir əldə edib, 160.3 min manat (179.82 mln manat) satışın maya dəyəri təşkil edib.
Əlvan metal istehsalçısının administrativ və ümumi xərcləri 4.15 mln. manat, distributor xərcləri 5.84 mln. manat, maliyyə xərcləri 1.63 mln. manat olmuşdur.
Beləliklə, 2020-ci ildə ölkənin metal istehsalçısı xalis mənfəəti 744.84 min manat olmuşdur. 2018-də dövlət müəssisəsi 234 min manat, 2 milyon 222 min manat xalis mənfəət əldə etmişdi.
1 yanvar 2021-ci il tarixinə 324.89 mln. manat cəmi aktivə və 39.91 mln. manat cəmi öhdəliyə sahib olub.
Cari ildəki xalis mənfəətdən sonra balansdakı bölüşdürülməmiş xalis mənfəət 2.73 mln. manat olmuşdur.