Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.
Banker.Az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Məlumata görə, Fəda Abbasov işdən çıxmaq haqqında özü ərizə ilə müraciət edib.
Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 5 000 manatdır.








