5 C
Baku
Thursday, November 7, 2024

Azəraycanın elektrik enerjisi ixracı 5%-dən çox artıb

2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.8 mln kVt/s artaraq 2 mlrd 364.3 mln kVt/s olub.

Banker.az Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ay ərzində elektrik enerjisinin ixracı 175.1 mln kVt/s, idxalı isə 11 mln kVt/s təşkil edib.

Cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 mlrd 924.9 mln kVt/s olub.

Hesabat dövründə elektrik enerjisinin idxalı 32.1 mln kVt/s olub. İrandan 8.2 mln kVt/s, Rusiyadan 15.3 mln kVt/s, Gürcüstandan isə 8.6 mln kVt/st elektrik enerjisi idxal edilib.

2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509 mln kVt/s olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.9 mln kVt/s artıb. İrana 8.3 mln kVt/s, Türkiyəyə 12.7 mln kVt/s, Rusiyaya 23.1 mln kVt/s, Gürcüstana isə 464.9 mln kVt/s elektrik enerjisi ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər