Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 113 milyon 199 min ABŞ dolları dəyərində 6 min 453 ton əczaçılıq məhsulları idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 milyon 137 min ABŞ dolları və ya 1 503 ton çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 85 milyon 62 min ABŞ dolları dəyərində 4 min 949 ton əczaçılıq məhsulları idxal olunub.