7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan əhalisi ən çox hansı spirtli içkilər alır? (SİYAHI)

Azərbaycan əhalisi 2023-cü ilin ilk üç rübündə spirtli içki üzrə xərclərini artırıblar.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisi 2023-cü ilin ilk üç rübündə 198.18 milyon manat spirtli içkilərə xərc çəkiblər.

2022-ci ilin müvafiq dövründə bu rəqəmlər 160.47 milyon manat xərc çəkdiyini nəzərə alsaq bu illik 23 faiz artımdır.

Qeyd edək ki, ötən üç rüb ərzində ölkə əhalisinin böyük hissəsi arağa (vodka) pul xərcləyib. Belə ki, araq satışı hesabat müddəti ərzində 96.84 milyon manat olmaqla 2022-ci ilin eyni dövrünü 23 faiz üstələyir.

İkinci böyük xərc 33.26 milyon manat olmaqla pivədir. Əhali bu xərclərini illik müqayisədə cəmi 5 faiz artıra bilib.

Azərbaycanda spirtli içkilərin pərakəndə ticarət dövriyyəsi, min AZN

Məhsulun adı 2023-cü il, ilk 3 rüb 2022-ci il, ilk 3 rüb
Araq və araq məmulatlarının        96,843.7        78,945.0
Digər spirtli içkilərin        47,394.8        35,289.2
Pivənin        33,260.9        31,721.1
Şərabın        12,879.3           8,791.4
Konyakın           5,469.6           4,054.9
Şampan şərabının           2,330.1           1,668.2
CƏMİ      198,178.4      160,469.8

 

Son xəbərlər
Digər xəbərlər