2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663 milyon manatlıq, o cümlədən 17 milyard 035 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 milyard 629 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6.1 faiz azalıb.
Bunun əksinə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3 faiz artım olub. Elektron ticarət dövriyyəsi isə ötən ilin 10 ayı ilə müqayisədə 2.4 dəfə çox olub.