9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan əhalisi 107 milyon manatlıq kompüterlər alıb

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-iyul aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 193.9 milyon manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir.

Belə ki, ötən ilin 7 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 18.6% artıb.

2021-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər