12 C
Baku
Friday, April 18, 2025

Azərbaycan əhalisi 3 ayda benzin və dizelə 854 milyon manat pul xərcləyib

2025-ci ilin yanvar-mart ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 853.6 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.9% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-mart ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.9 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər