2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 505.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-may aylarına nisbətən 1.4% azalıb.
Bu ilin 5 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.