12 C
Baku
Thursday, December 11, 2025

Azərbaycan əhalisi 9 ayda benzin və dizelə 3.5 milyard manat xərcləyib

2025-ci ilin yanvar-noyabr ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 3 milyard 521.3 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 7.7% çoxdur.

Qeyd edək ki, cari ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər