2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547.7 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 4.6% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin təkcə avqust ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 666 milyon manat xərclənib.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 301.6 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə toxuculuq sənayesində 23.5% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 6.7%, geyim istehsalında isə 13.6% azalma müşahidə olunub.