2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 768.7 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 7.9% çoxdur.
Qeyd edək ki, 2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.2 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.