2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olmuşdur. Banker.az bu barədə Dövlət Statistikası Komitəsinə istinadən məlumat verir.
Ticarət dövriyyəsinin 13 mlrd. 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 mlrd 24,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələmişdir.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları almışdır.







