Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi
vəsaitin 13.4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 278 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 4.9% artım deməkdir.
Bu ilin təkcə aprel ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 248 milyon manat xərclənib.