22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan əhalisi daha çox hansı mobil operatordan istifadə edir? – Sorğu

Azərbaycanda mobil telefonu olan 1 158 repondent arasında sorğu aparılıb.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business İnsight” tərəfindən aparılıb.

Araşdırma göstərdi ki, əhalinin 67%- 1, 30%- 2, 2.9%- sə 3 mobil nömrə xidmətindən istifadə edir. Yalnız bir mobil operatordan istifadə edənlər arasında Bakcell abunəçiləri çoxluq təşkil etsə də, əsas mobil operator kimi Azercell-i seçənlər cəmi 0.9% çoxdur.

Amma ümumiyyətlə isə bir nəfərin bir neçə operatordan istifadə etdiyini də nəzərə alsaq Azərbaycanda Bakcell abunəçilərinin çoxluq təşkil etdiyini müşahidə edirik (54%).

Gender baxımından mobil operatorları təhlil etdikdə (əsas mobil operator seçim bazasında) məlum olur ki, Azercell və Bakcell abunəçilərində ciddi fərq olmasa da NAR abunəçilər arasında açıq ara ilə fərqlə kişilərin üstünlük təşkil etdiyi müşahidə olunur (Azercell – kişi 51%; qadın 49%
I Bakcell – kişi 49%; qadın 51% I NAR – kişi 60%; qadın 40%). Yaş kateqoriyası üzrə analizlər isə göstərir ki, Bakcell və Azercell-ə nisbətdə
NAR abunəçilər daha gəncdirlər.

mobil

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər