13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan əhalisi oktyabrda geyimə 1 milyard manata yaxın pul xərcləyib

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 377.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 11.4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8.8 faiz, geyim istehsalında isə 12.3 faiz azalma müşahidə olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448.8 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5.2% artım deməkdir.

Bu ilin təkcə oktyabr ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 965.1 milyon manat xərclənib.

Son xəbərlər
Digər xəbərlər