2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 647.4 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 4.8% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin təkcə may ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 508.3 milyon manat xərclənib.
Qeyd edək ki, toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 207.3 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 49.9 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 0.4 faiz, geyim istehsalında isə 28.4 faiz azalma müşahidə olunub.