2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 881.7 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 4.9% artım deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin təkcə iyun ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 604 milyon manat xərclənib.
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 268.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 43 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 19.1 faiz, geyim istehsalında isə 23.4 faiz azalma müşahidə olunub.