20 C
Baku
Friday, May 3, 2024

Azərbaycan əhalisi pulunun 56.5%-ni ərzaq, içki və tütünə xərcləyib

2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35.7
milyard manatlıq, o cümlədən 20.2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 15.5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.1 faiz, qeyri-ərzaq malları üzrə 4.5 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52.1 faizi ərzaq məhsullarının, 4.4 faizi içkilər və tütün məmulatlarının, 12.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.4 faizi avtomobil
benzini və dizel yanacağının, 4.8 faizi elektrik malları və mebellərin, 2.3 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 17.2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər